Alisverisaz.com - E-Ticarət Platforması

Məsafəli Satış Müqaviləsi

Alişveriş E-Ticarət Platforması
 
ALICI MƏSAFƏLİ SATIŞ MÜQAVİLƏSİ

Bu müqavilə Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edən Elektron ticarət haqqında Azərbaycan Respublikası Qanununa əsasən bağlanır.

Bir tərəfdən “Satıcı” (bundan sonra “Tədarükçü” aldandırılacaq), bir tərəfdən isə Lerik şəhəri, Elmar Qarayev küçəsi 32/1 ünvanında qeydiyyatda olan “Alişveriş”MMC VÖEN 6300129412 (bundan sonra “ Alışveriş E-Ticarət platforması” adlandırılacaq), digər tərəfdən isə “Alıcı” (birlikdə «Tərəflər» adlandırılacaq) aşağıdakı şərtlər daxilində bu Müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq) bağladılar:

1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. Müqavilədə göstərilmiş şərtlər daxilində, Alıcı sifariş etdiyi məhsulların dəyərini Alışveriş E-Ticarət platformasına ödəyir, Alışveriş E-Ticarət platforması ödənişi qəbul edən anda Tədarükçü sistem tərəfindən sifarişi görür və qəbul etmiş sayılır. Tədarükçü sifarişi qəbul etdikdən sonra məhsulları müəyyən olunmuş müddətdə Alıcının qeyd etdiyi ünvana göndərir. Alışveriş E-Ticarət platforması məhsula görə ödənilmiş pul vəsaitini Tədarükçünün hesabına köçürür.

1.2. Tərəflər arasında olan əməliyyatlar https://alisverisaz.com, https://alisveris.az internet saytı və ya Alisveris adlı mobil tətbiq üzərindən həyata keçirilir.

 1.3. Bu müqavilənin əsası elektron alış-veriş zamanı Tədarükçü və Alıcı arasında birbaşa əlaqələrin güvənli şəkildə həyata keçməsi və hər ikisinin məmnuniyyətini təmin etməkdir. 

2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 Tədarükçünün hüquq və vəzifələri 

2.1. Tədarükçü:

2.1.1. Tədarükçü, 1.2. bəndində qeyd edilən saytdan qeydiyyatdan keçməli, bu qeydiyyatı tam olaraq başa vurmalı və Mağaza İdarə Panelini Mağaza Köməkçisi vasitəsi ilə qeydiyyat zamanı şəxiyyət vəsiqəsi məlumatlarını tam, əskiksiz şəkildə quraşdırmalı;

2.1.2. Tədarükçü, Mağaza İdarə Paneli vasitəsi ilə Məhsullarım menyusundan istifadə edərək yeni məhsul yaratmalı, məhsul(lar)ın xarakteristikasını tam, əskiksiz şəkildə, Azərbaycan orfoqrafiya lüğətinə uyğun olaraq, qrammatik formada doldurmalı, Alıcıların diqqətini cəlb edə biləcək şəkilə salmalı və məhsulun onlayn yayımlanması üçün Alışveriş E-Ticarət platformasına müraciət təqdim etməlidir.

2.1.3. Tədarükçü, Alışveriş E-Ticarət platforması tərəfindən Alıcı(lar)dan daxil olmuş sifariş(lər)i növbəlilik əsasında və vaxtında qəbul etməli, müəyyən edilmiş məhsul(lar)ın sifarişini aldıqdan sonra, tam keyfiyyətlə Alıcının qeyd etdiyi ünvana vaxtında çatdırmalı;

2.1.4. Alıcı "Mağazada təslim" üsulunu seçərsə, məhsul(lar)ı sifariş etdiyi mağazadan, Şəxsiyyət Vəsiqəsini və ona Email vasitəsi ilə Alışveriş E-Ticarət platforması tərəfindən göndərilmiş Fakturanı göstərərək özü götürməli və ya bu sənədlərlə etibar etdiyi şəxs tərəfindən götüzdürməsini Tədarükçü təmin etməli;

2.1.5. Məhsul(lar)ın keyfiyyətində, tamlığında, tərkibində, ölçü və formasında Tədarükçünün təqsiri ucbatından hər hansı qüsur olduqda, onu yenisi ilə əvəz etməli və Alışveriş E-Ticarət platformasına məlumat verməli; 

2.1.6. Tədarükçü məsul(lar)u yenisi ilə əvəz edə bilmədikdə bu haqda Alışveriş E-Ticarət platformasına məlumat verməli; 2.1.7. Zərurət yarandığı hallarda sifarişin icrasına və çatdırılmasına üçüncü şəxsləri cəlb etməli; 

2.1.8. Tam yerinə yetirilmiş sifariş(lər)in ödənişlərini 14-ci iş günündən Alışveriş E-Ticarət platformasından onlayn şəkildə, 1.2. bəndində qeyd edilmiş sayt vasitəsi ilə tələb etməli. 

Alışveriş E-Ticarət platformasının hüquq və vəzifələri 

2.2. Alışveriş E-Ticarət platforması: 

2.2.1. Bu müqavilənin 1.1-ci bəndində Alışveriş E-Ticarət platformasına aid olan işləri tam keyfiyyətlə və vaxtında yerinə yetirməli; 

2.2.2. Alıcı(lar)dan daxil olmuş sifarişləri növbəlilik əsasında qəbul etməli və sifariş verildiyi vaxtdan 48 saat ərzində sifarişin Tədarükçüyə ötürülməsini təmin etməli, 7-ci bənddə göstərilən fors-major səbəbləri ilə baş vermiş gecikmələr üçün məsuliyyət daşımamalıdır; 

2.2.3. Sifarişin icrası ilə əlaqədar Tədarükçü tərəfindən hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin olmaması, kampaniyanın başa çatması, çatdırılmanın gecikməsi və s.) bu məsələ ilə bağlı hər hansı maddi və mənəvi məsuliyyət daşımadan Müqavilənin 2.1.6. bəndinə əsas götürərək Alıcının ödədiyi məbləği 5 iş günü ərzində onun hesabına geri qaytarmalı;

 2.2.4. Bu müqavilənin 2.3.5-ci bəndində nəzərdə tutulmuş hallar baş verdikdə, geri qaytarılan məhsul(lar)ın dəyəri Alışveriş E-Ticarət platformasını tərəfindən Alıcıya geri qaytarılmalı və Tədarükçü tərəfindən Alışveriş E-Ticarət platformasına vurulmuş maddi zərəri tələb etməli; 

2.2.5. Sifariş edilmiş məhsul(lar) Alıcının təqdim etdiyi ünvana göndərildikdə, bu barədə Alıcıya elektron məlumat verməli (e-mail, sms və s. vasitə ilə); 

2.2.6. Bu müqavilə ilə nəzərdə tutulmuş və Alıcı tərəfindən ödənilmiş pul məbləğini öz bank hesabına qəbul etməli; 

2.2.7. Məhsul(ların) Tədarükçü tərəfindən Alıcıya çatdırıldığı gündən Müqavilənin 2.1.3. və 2.1.5. bəndlərinin şərtləri əsasında 15 iş günündən sonra həmin məbləği Tədarükçünün bank hesabına köçürməli;

Alıcının hüquq və vəzifələri. 

2.3. Alıcı: 

2.3.1. Bu müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları doğru şəkildə 1.2. bəndində göstərilən sayt vasitəsi ilə Alışveriş E-Ticarət platformasına verməli; 

2.3.2. Bu müqavilənin icrası ilə əlaqədar olaraq, müqavilə ilə müəyyən edilmiş ödənişləri Alışveriş E-Ticarət platformasının hesabına vaxtında və tam ödəməli;

2.3.3. Alıcının seçdiyi və ya ona təqdim edilən çatdırılma üsulu vasitəsi ilə, özünün təyin etdiyi ünvanda məhsul(lar)ı təhvil almalı; 

2.3.4. Alıcı "Mağazada təslim" üsulunu seçərsə, məhsul(lar)ı sifariş etdiyi mağazadan, Şəxsiyyət Vəsiqəsini və ona Email vasitəsi ilə Alışveriş E-Ticarət platforması tərəfindən göndərilmiş Fakturanı göstərərək özü götürməli və ya bu sənədlərlə etibar etdiyi şəxs tərəfindən götüzdürməli; 

2.3.5. Alıcı çatdırılma üsulu ilə ona göndərilmiş və ya mağazada təslim edilmiş məhsul(lar)u yerindəcə yoxlamalı və lazım olan keyfiyyətdə və tamlıqda olmadıqda, yaxud məhsul(lar)ın keyfiyyətində və tamlığında Tədarükçünün təqsiri ucbatından hər hansı qüsur olduqda, qeydşərtsiz Alışveriş E-Ticarət platforması və Tədarükçüyə dərhal elekton məlumat verməklə (Hesabım > Sifarişlər > Qaytar və ya Hesabım > Dəstək Sorğuları) yenisinin alınmasını sifariş edə bilər və ya ödədiyi məbləği 2.2.3. bəndinə əsasən Alışveriş E-Ticarət platformasından geri tələb edə bilər.

3. MÜQAVİLƏNİN DƏYƏRİ VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ

3.1. Alıcı məhsul(lar)un qiymətini və ölkə daxili çatdırılma xərcini 1.2. bəndində göstərilən sayt vasitəsilə, ona təqdim edilmiş ödəmə üsulunu seçərək Alışveriş E-Ticarət platformasının hesabına ödəməli; 

3.2. Bu müqavilənin 2.3.5-ci bəndində nəzərdə tutulmuş hallar baş vermədikdə və Alıcı məhsul(lar)u Tədarükçüyə öz istəyi ilə geri qaytarmaq istədikdə, geri daşınma ödənişi etməli.

4. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAM VERİLMƏSİ
4.1. Bu müqavilənin əsas nüsxəsi https://alisverisaz.com/muqavile keçidində mövcuddur və bağlandığı andan qüvvəyə minir. Bu müqavilə Tərəflər öz öhdəliklərini icra edənədək qüvvədədir. 

4.2. Bu müqavilənin hər hansı bir bəndinin şərtlərinin yerinə yetirilməməsi halında Alışveriş ETicarət platforması istənilən vaxt birtərəfli qaydada bu müqaviləyə xitam verə bilər. 

4.3. Bu müqaviləyə ediləcək bütün dəyişikliklərlə tərəflər qeyd-şərtsiz razı olurlar.

 4.4. Bu müqaviləyə dəyişikliklər, əlavələr edilərsə və ya çıxarılarsa imzalanmış və möhürlənmiş müqavilələrin, müddətindən və bəndlərindən asılı olmayaraq bütün müddəaları qüvvədən düşür və Müqavilənin 4.1. bəndindəki elektron keçiddə göstərilən elektron müqavilə qeyd-şərtsiz əsas götürülür.

5. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
5.1. Tərəflər bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə birbirlərinə vurduğu zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. 

5.2. Alışveriş E-Ticarət platforması məhsul(lar)un Alıcıya təhvil verilməsinin həyata keçirilməsi zamanı heç bir halda tapşıranın göndərdiyi məhsul(lar)un keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, tapşıran tərəfindən vaxtında çatdırılmasına görə məsuliyyət daşımır; 

5.3. Məhsul(lar) Alışveriş E-Ticarət platforması tərəfindən sığortalanmır və buna görə Alışveriş E-Ticarət platforması heç bir maddi və mənəvi məsuliyyət daşımır. 

5.4. Məhsul(lar)un Alıcı tərəfindən təhvil alınması zamanı onun yoxlanılması şiddətlə tövsiyyə olunur. Əks təqdirdə 14 iş günündən sonra aşkarlanmış hər hansı bir çatışmazlığa görə Alışveriş E-Ticarət platforması və Tədarükçü məsuliyyət daşımır və məhsul(lar)un geri qaytarılması öhdəliyini həyata keçirmir; 

5.5. Alıcının 14 iş günü içində hər hansı məhsul(lar)u qaytarma tələbi bu müqaviləyə əlavə olunur və "Çatdırılma və Qaytarılma" keçidindən əldə edilir. 

5.6. Alışveriş E-Ticarət platforması Alıcı tərəfindən sifariş edilmiş məhsul(lar)u eyni anda və birlikdə qəbul edir, onların Tədarükçülərə yönləndirilməsini təmin edir. Məhsul(lar) Tədarükçü tərəfindən eyni bağlamada və ya ayrı-ayrı bağlamalarda, yaxud ayrı-ayrı Tədarükçülər tərəfindən eyni bağlamada və ya ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə Alışveriş E-Ticarət platforması heç bir məsuliyyət daşımır.

6. KONFİDENSİALLIQ

 6.1. Tədarükçü və Alıcının "Məsafəli Satış Müqaviləsi"-ni qəbul edərkən daxil etdiyi məlumatlar yadda saxlanılır, onların məxfiliyi qorunur, üçüncü şəxslər tərəfindən görünmür və növbəti sifarişlərinin rahat həyata keçirilməsi üçün avtomatik olaraq istifadə olunur; 

6.2. Tərəflərdən hər biri hazırkı bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı, onlara məlum olmuş konfidensial məlumatların, dövlət orqanları istisna olmaqla, heç bir vəchlə yaymamaq barədə öz üzərlərinə öhdəlik götürürlər.

7. FORS-MAJOR

 7.1. Müqavilə bağlandıqdan sonra Tərəflərin gözləmədiyi və ya nəzarət edə bilmədiyi qarşısıalınmaz qüvvənin təsiri ilə meydana gələn nəticələr səbəbindən Müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerinə yetirilmədikdə Tərəflər məsuliyyətdən azad edilirlər. 

7.2. Qarşısıalınmaz qüvvə hallarına o hadisələr aiddir ki, Tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşımırlar, məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətillər, dövlət orqanlarının qərarları, bu Müqavilənin yerinə yetirilməsinə mane olan istənilən xarakterli hərbi əməliyyatlar, terror aktları və s.

7.3. Qarşıalınmaz qüvvə hallarına istinad edən Tərəf Digər Tərəfə bu halların baş verdiyi barədə dərhal elektron məlumat verməlidir.

8. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

8.1. Bu Müqavilə ilə bağlı irəli gələn və gələcəkdə yarana biləcək mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll edilməlidir; 

8.2. Mövcud mübahisə tərəflər arasında danışıqlar yolu ilə həll edilməzsə, məsələ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq Lerik şəhərində aidyyatı Məhkəmədə həll ediləcəkdir. 

9. YEKUN MÜDDƏALAR

 9.1. Bu müqavilə Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik üç nüsxədən ibarətdir və nüsxələr tərəflərdə saxlanılır. 

9.2. Bu müqaviləyə edilən bütün dəyişikliklər, əlavələr, düzəlişlər və təkmilləşdirmələr Alışveriş E-Ticarət platforması tərəfindən həyata keçirilir. Həmin dəyişikliklər, əlavələr, düzəlişlərlə və təkmilləşdirmələrə bağlı tərəflərə elektron şəkildə məlumat verildiyi andan hüquqi qüvvəyə malik olmaqla, müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilir. 

9.3. Bu müqavilənin hər-hansı bir müddəası qüvvədən düşdüyü, qeyri-qanuni hesab olunduğu təqdirdə, müqavilənin qüvvədə olan və qanuni sayılan digər müddəaları öz qüvvəsini itirmilm

9. YEKUN MÜDDƏALAR

 9.1. Bu müqavilə Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik üç nüsxədən ibarətdir və nüsxələr tərəflərdə saxlanılır. 

9.2. Bu müqaviləyə edilən bütün dəyişikliklər, əlavələr, düzəlişlər və təkmilləşdirmələr Alışveriş E-Ticarət platforması tərəfindən həyata keçirilir. Həmin dəyişikliklər, əlavələr, düzəlişlərlə və təkmilləşdirmələrə bağlı tərəflərə elektron şəkildə məlumat verildiyi andan hüquqi qüvvəyə malik olmaqla, müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilir. 

9.3. Bu müqavilənin hər-hansı bir müddəası qüvvədən düşdüyü, qeyri-qanuni hesab olunduğu təqdirdə, müqavilənin qüvvədə olan və qanuni sayılan digər müddəaları öz qüvvəsini itirmir.