Məxfilik Siyasəti
Məxfilik Siyasəti
Alışveriş E-ticarət Platforması məxfiliyə, məlumatların qorunması
üzrə tətbiq oluna bilən tədbirlərə və şəxsi həyatın toxunulmazlığı haqqında
qanunlara əməl etmək öhdəliyi götürür. Siz hər hansı şəxsi məlumatınızı
açıqlamadan www.alisverisaz.com saytına (“Sayt”) daxil ola bilərsiniz.
Biz, saytımıza daxil olarkən sizin məlumatlarınızı necə
topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu başa düşmənizə kömək etmək
üçün bu “İstifadə şərtləri” və “Məxfilik siyasətini” hazırlamışıq. Biz sizə
əsaslandırılmış qərar verməyə kömək etmək istəyirik, ona görə xahiş edirik ki,
vaxt ayırıb aşağıda verilmiş bölmələrlə tanış olasınız və sizin şəxsi
məlumatlarınızdan necə istifadə edə biləcəyimiz barədə məlumat əldə edəsiniz.
Siz saytdan istifadə şərtləri ilə bağlı olaraq bu bildirişi
oxumalısınız.
Şəxsi məlumatların toplanması
Bizim toplaya biləcəyimiz şəxsi məlumatların növlərinə bunlar
daxil ola bilər, məsələn, sizin adınız və poçt ünvanınız, doğum tarixiniz,
cinsiniz, telefon və faks nömrəniz, elektron poçtunuzun ünvanı və qeydiyyatdan
keçərkən və ya sorğu aparılarkən könüllü toplanmış istənilən digər məlumatlar.
Əgər siz bizə şəxsi məlumatlarınızı təqdim etmək qərarına gəldinizsə, bu
məlumatlar onların toplanması zamanı bəyan edilmiş məqsədlər üçün və sizin qeyd
etdiyiniz istənilən xahiş nəzərə alınmaqla istifadə ediləcək.
Siz bizə məlumatlarınızı təqdim etməklə həmin məlumatların bu
İstifadə şərtlərinə və məxfilik siyasətinə uyğun olaraq emal edilməsinə
razılığınızı bildirirsiniz.
Məxfiliyin dəstəklənməsi
Şirkət bu İstifadə şərtlərinin və məxfilik siyasətinin istənilən
vaxt və məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərdəki və şəxsi
həyatın toxunulmazlığı haqqında qanunvericiliyində dəyişikliklərə cavab olaraq
dəyişdirilməsi və ya yeniləşdirilməsi hüququnu özündə saxlayır.