1. Sifarişi ləğv etmək mümkündürmü?
Bəli. İstənilən vaxt növbəti üsulların biri vasitəsilə sifarişi ləğv edə bilərsiniz:
- Hələ sizə çatdırılmayan sifarişi ləğv etmək üçün +994552634483 nömrəsini yığaraq Çağrı mərkəzi ilə əlaqə saxlayın.
- Təhvil edildikdə sizə hər hansı bir səbəbdən uyğun gəlməyən sifarişdən imtina etmək üçün sadəcə bizim çatdırılma xidmətinin əməkdaşına xəbər verin və o, sifarişi geri götürəcək.
Əgər ləğv elədiyiniz sifariş öncədən ödənilibsə (kart vasitəsilə saytda), 3 gün ərzində pul avtomatik şəkildə hesabınıza qayıdacaq. Ortalama ilə vəsaitlər 1-3 iş günü ərzində qayıdır. Bəzi hallarda bu, daha çox vaxt apara bilər. Maksimal müddət 14 gün təşkil edir.
2. Mənə uyğun olmayan məhsulu necə qaytarmaq olar?
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslanaraq sizə uyğun olmayan məhsulu geri qaytara bilərsiniz. Məhsul birbaşa məhsulun satıcısına geri qaytarılır Geri qaytarılma üçün satıcının əlaqə məlumatları şəxsi kabinetinizdə sifarişə aid olan səhifədə yerləşir. Alışveriş E-Ticarət satıcısından alınan məhsulları Alışveriş E-Ticarət servis mərkəzində geri qaytarmaq olar.
Kreditlə əldə etdiyiniz məhsulu geri qaytarırsınızsa, vəsaitlər kreditin ödənilməsi üçün birbaşa banka köçürüləcəkdir. Digər hallarda vəsaitləri nağd şəkildə götürə və ya bank kartına ala bilərsiniz.
3. Alışveriş E-Ticarət satıcısından olan məhsulları necə geri qaytarmaq olar?
Alışveriş E-Ticarət satıcısından alınan məhsulları geri qaytarmaq üçün vacib məqamlar:
4. Hansı hallarda məhsulu geri qaytarmaq olmur?
Məhsulu növbəti hallarda geri qaytarmaq olmur:
- Məhsulun geri qaytarılması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunu ilə qadağa olunan məhsullar. Misal üçün, şəxsi gigiyena əşyaları və ya ətir və kosmetik əşyalar;
- Məhsulun dəsti tam olmayanda;
- İstifadə izləri varsa, malın görünüşü zədələnibsə, plomb və ya yarlıklar yoxdursa;
- Məhsula aid sənədlər (çek, zəmanət talonu) və texniki sənədlər (təlimat) mövcud deyilsə
5. Zəmanətə görə malların qaytarılması və təmiri necə həyata keçirilir?
Məhsul zəmanət müddətində sınıbsa:
- Məhsulun zəmanət müddətini yoxlayın.
- İstehsalçının servis mərkəzinə müraciət edin, onların ünvanları zəmanət talonunda və ya istehsalçının saytında mövcuddur. Məhsulla birlikdə çeki və zəmanət talonunu təqdim etmək zəruridir.
- Servis mərkəzində məhsulu pulsuz təmir edəcəklər, və ya onun təmiri mümkün olmadığı haqqında bildirişi verəcəklər.
Məhsulu təmir etmək mümkün deyilsə, onun təmirə uyğun olmadığı haqda bildirişi alacaqsınız. Bundan sonra vəsaitləri geri almaq üçün +994552634483 nömrəsini yığaraq bizim Çağrı mərkəzimiz ilə əlaqə saxlayın. Çox vaxt vəsaitlər 14 gün ərzində qaytarılır.